Partlayış təhlükəli zonalarda və otaqlarda partlayışdan mühafizəsi olmayan radiostansiyaların və radiotelefonların (mobil əlaqə vasitələrinin) istifadəsi qadağandır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Radioaktiv izotoplu cihazlar “Radioaktiv maddələrlə və ionlaşdırıcı şüa mənbələri ilə işləmə üzrə sanitar qaydalar”a uyğun istismar edilməli və saxlanılmalıdır.