Təhqiqatçının vəzifələri sırasına şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq, böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə sadələşdirilmiş icraat şəklində aparılmış təhqiqat materiallarını təhqiqat başlanmasından 10 (on) gündən, Cinayət-Prosessual Məcəllənin 295.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 20 (iyirmi) gündən gec olmayaraq yekun protokolu ilə prokurora göndərmək daxildir.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Cinayət təqibini həyata keçirən təhqiqatçı səlahiyyətləri daxilində istintaq və ya digər prosessual hərəkətləri qanuni və vaxtında aparmağa borcludur.