Şitillərdən nümunələrin götürülməsi zamanı, yeşiyin müxtəlif hissələrindən şitillərin 5%-i qədər, lakin 50 ədəddən az olmamaq şərti ilə götürülür.
Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.
Tinglərdən nümunələrin götürülməsi zamanı, yükün müxtəlif hissələrindən və ting dəstləri mümkün olan yerlərindən götürülür:
Partiyada olan tinglərin sayı, ədəd | Baxış üçün seçilən tinglərin miqdarı, % |
500-ə qədər | 10 |
501-dən 1000-ə qədər | 5 |
1001-dən 10000-ə qədər | 2 |
10000-dən çox | 1 |