Təzə meyvə, tərəvəz və kökümeyvəlilərdən nümunə götürülməsinə dair tələblər müəyyənləşib.

Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.

Təzə meyvə, tərəvəz və kökümeyvəlilərdən nümunə götürülməsi aşağıdakı tələblərə uyğun həyata keçirilir:

Məhsullar bağlama vahidlərində olduğu zaman nümunə olaraq nəqliyyat vasitəsinin müxtəlif hissələrindən (üst, orta, alt tərəf) aşağıdakı cədvələ uyğun sayda bağlama vahidləri götürülür:

 

Partiyada olan bağlama vahidlərinin sayı, ədədləGötürülən bağlama vahidlərinin sayı, ədədlə
50-ə qədər3
51-1005
101-3007
301-5009
501-100010
1000-dən çox10 və hər sonrakı 100 bağlama vahidi üçün əlavə 1 bağlama vahidi

 

Qalaq və dəstə halındakı məhsullardan nümunə götürülməsi zamanı tərəvəz və kökümeyvəlilər partiyasından ilkin nümunələrin formalaşdırılması üçün nəqliyyat vasitələrinin müxtəlif yerlərindən (üst, orta və alt tərəflərdən) ən azı 5 nöqtəvi nümunə götürülür. İlkin nümunənin kütləsi aşağıdakı kəmiyyət göstəricilərinə uyğun olmalıdır:

 

Partiyanın kütləsi və ya partiyada olan dəstələrin ümumi sayı, ədədləBirgə nümunənin çəkisi və ya götürülmüş dəstələrin ümumi miqdarı
200-ə qədər10
201-50020
501-100030
1001-500060
5000-dən çox100 və hər sonrakı 1000 kq (ədəd) üçün əlavə10 kq (ədəd)