Müəssisədə yalnız baytarlıq-sanitariya ekspertizasından keçmiş ət və ət məhsullarının satışına icazə verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda əksini tapıb.
Müəssisəyə daxil olan və üzərində baytarlıq nişanlanması olmayan heyvan və quş cəmdəkləri və ya müşaiyətedici baytarlıq sənədlərində (ekspertiza aktı, baytarlıq arayışı və baytarlıq şəhadətnaməsi) uyğunsuzluq aşkar edilən ət və ət məhsulları satış üçün qəbul edilməməlidir.