Ağdaşda 17 yaşlı oğlan anasını bıçaqlayıb.
Heftelik.az-ın məlumatına görə, 2006-cı il təvəllüdlü Kamran Heybətli ailə münaqişəsi zəminində anası, 1981-ci il təvəllüdlü Sevil Heybətovanı bıçaqlayıb.
Daha sonra 17 yaşlı oğlan anasını xəstəxanaya çatdırıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.