Böcək sürfələrinin sürfə qabıqlarının toplanmasına dair tələblər məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.
Böcək sürfələrinin sürfə qabıqlarının toplanması aşağıdakı tələblərə uyğun həyata keçirilir:
– Zərərvericilərin növlərinin müəyyən edilməsi üçün böcək sürfələrinin sürfə qabıqlarının aşkarlanması lazımdır. (Misal olaraq, müəyyən yükün kapra böcəyinə yoluxmasını yükdə aşkar edilmiş Trogoderma növünə aid böcək sürfələrinin qabıqlarına əsasən müəyyən etmək mümkündür.)
– Aşkar edilmiş qabıqlar ehtiyatla toplanmalı, zədələnməməli və qabığın baş hissəsi itirilməməlidir.