Baytarlıq apteki fərdi inşa edilmiş ayrıca binada, yaxud ayrıca girişi olan qeyri-yaşayış sahəsində təşkil olunur (zirzəmi və yarımzirzəmi istisna olmaqla).
Heftelik.az-ın məlumatına görə, bu, “Baytarlıq apteklərinin təşkilinə və fəaliyyətinə dair Tələblər”də əksini tapıb.
Baytarlıq aptekinin yerləşdiyi binanın fasadında aptekin adı, iş rejimi, əlaqə nömrəsi, həyata keçirilən fəaliyyət növü haqqında azərbaycan dilində məlumat lövhəsi yerləşdirilməlidir.