Magistral neft kəmərlərinin mühafizə sistemləri neft kəmərlərinin qəzadan mühafizəli istismarını və göstəricilərin müəyyən olunmuş qiyməti aşması zamanı onun istismarının dayandırılmasını təmin etməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Avtomatik mühafizə vasitələrinin lövhələrində nəzarət-ölçü və avtomatika cihazlarının təyinatını göstərən yazılar olmalı, cihazların şkalalarında isə göstəricilərin buraxılabilən qiymətləri göstərilməlidir.