Zərərvericilərin öldürülməsi üçün, müxtəlif efirlərin buxarlarından istifadə edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.
Bütün hallarda zəhərləyici maye zərərvericinin bədənini islatmamalıdır. Kiçik kəpənəklər, milçəklər və kiçik zərqanadlılar sınaq şüşəsində tütün tüstüsü ilə öldürülür. Öldürücü kameraya yalnız bir yükdən yığılan zərərvericilər yerləşdirilməli və bu səbəbdən bir neçə öldürücü kameranın olması vacibdir.