Çiliklərdən nümunələrin götürülməsinə dair tələblər məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.
Çiliklərdən nümunələrin götürülməsi aşağıdakı tələblərə uyğun həyata keçirilir:
– Tərkibində 10-a qədər bağlama vahidi olan partiyadan 1 bağlama vahidi nümunə üçün götürülür;
– Seçilmiş hər bağlama vahidinin müxtəlif yerlərindən 10% (50 ədəddən az olmamamaqla) çilik çıxarılır.