Quşların qəbul bölməsinin fəaliyyəti üçün küləkdən, yağıntılardan və günəş şüalarının bilavasitə təsirindən qorunan platformadan istifadə olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda əksini tapıb.
Kəsim məntəqəsinin daxilində heyvan və quş kəsimindən başlayaraq ətin doğranması və saxlanmasına qədər bütün mərhələlərdə bölmələr üzrə aşağıdakı temperatur rejimi təmin edilməlidir:
– soyuducularda ət və ət məhsulları +4oC dərəcədə, sub məhsullar +3oC dərəcədə, dondurulmuş ət və sub məhsullar dondurucularda -18oC ÷ -12oC dərəcədə saxlanılmalıdır;
– Qurban bayramı və digər xüsusi tədbirlər zamanı istisna olmaqla, ətin daxili tempuraturu yalnız +4oC və ya daha az dərəcədə olduğu zaman ətin doğranması və sümükdən ayrılması həyata keçirilməlidir;
– Ət doğranması və qablaşdırılması bölməsində temperatur +10 ÷ +12 oC dərəcədən çox olmamalıdır.