Termometriya xüsusi termometr vasitəsilə heyvan və quşun bədən temperaturunun müvafiq qaydada ölçülməsidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda əksini tapıb.
Baytarlıq nişanlaması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 sentyabr 2006-cı il tarixli 209 nömrəli Qərarı ilə təsdiq edilmiş “Baytarlıq normalarına cavab verən məhsulların sahibinə həmin məhsulların satışına icazə verən ekspertiza aktının təqdim edilməsi və ya məhsulun (ətin, heyvan və quş cəmdəklərinin, digər məhsulların) üzərində nişan qoyulması Qaydaları”na əsasən, heyvan və quş cəmdəyinin və ya onun ayrı-ayrı hissələrinin baytarlıq-sanitariya ekspertizasından keçirilərək qida üçün, yaxud digər təyinat üzrə yararlı olub-olmamasının baytarlıq mütəxəssisləri tərəfindən müxtəlif formalı (oval, düzbucaqlı və s.) damğa və ya ştampla işarələnməsidir.