Kəsim məntəqələrinin ərazisi ən az 1,5 m hündürlükdə hasarla hasarlanaraq, digər ərazilərdən ayrılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda əksini tapıb.
Stasionar və modul tipli kəsim məntəqələrinin (nəqliyyat vasitələri üçün giriş və çıxış nəzərdə tutulduğu halda) nəqliyyat vasitələri və piyadalar üçün keçidlərdə dezinfeksiyaedici baryerlər olmalıdır. Kəsim məntəqələri diri heyvan və quşları gətirən və heyvan mənşəli qida məhsullarını aparan nəqliyyat vasitələrinin hərəkəti üçün ayrı-ayrı giriş və çıxış yolları olmalıdır.