Kəsim məntəqəsinə kənar şəxslərin daxil olması yolverilməzdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda əksini tapıb.
Kəsim məntəqəsində çalışan işçilərin sanitar geyimi (saç toru və ya örtüyü, xalat, önlük, əlcək, rezin çəkmə) olmalı və bu geyimdən yalnız kəsim məntəqəsi daxilində istifadə olunmalıdır.