Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının nümayəndələrinin rəyləri məhkəmə iclasının protokolunda göstərilir.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
Məhkəmə çıxışlarının məzmunu, qətnamənin və qərardadların elan edilməsi və məzmununun izah edilməsi, şikayət vermə qaydasının və müddətlərinin izah edilməsi haqqında məlumatlar, işdə iştirak edən şəxslərə protokolla tanış olmaq və ona dair qeydlər vermək hüquqlarının izah olunmasına dair məlumatlar və protokolun tərtib olunma tarixi də məhkəmə iclasının protokolunda göstərilir.
Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmənin mülahizəsinə əsasən protokolu tərəflər imzalaya bilərlər.