Mingəçevir su anbarında itkin düşən balıqçının meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Heftelik.az-a verilən məlumata görə, FHN-in “112” qaynar telefon xəttinə 1972-ci il təvəllüdlü Bayramov Sərdar Saleh oğlunun Mingəçevir şəhəri yaxınlığında Mingəçevir su anbarında balıq tutmaq üçün qayıqla çıxaraq geri qayıtmaması barədə məlumat daxil olub və dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarış işlərinə başlanılıb.
Nazirliyin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya təyyarəsi də axtarış tədbirlərinə cəlb olunub.
Aparılan axtarış işləri nəticəsində S.Bayramovun meyiti sahildən təqribən 5km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.