AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron xidmətlər şöbəsi tərəfindən əhalini maarifləndirilməsi istiqamətində növbəti  maarifləndirmə məlumatları təqdim olunub.

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı Heftelik.az-a bildirib ki, bu cür təqdimatları yaymaqda məqsəd insanlarımızı məlumatlandırmaqdır: “İnsanlar təbii fəlakətlər zamanı təhlükə və risklərdən qorunmaq üçün məlumatlı olmalıdırlar. Çünki dünyada heç bir ölkə, heç bir fərd təbii fəlakətlərdən sığortalı deyil. Ona görə də, biz həmişə özümüzü mümkün təhlükə və risklərdən qorumağa çalışmalıyıq. Sual oluna bilər, necə? Cavab sadədir. İnsanlar məlumatı rəsmi mənbələrdən almalı və bu məlumatlara əsasən maariflənməlidilər. Hazırda sosial şəbəkələrin imkanları genişdir və maarifləndirmə işlərinin aparılması üçün sosial şəbəkələrin imkanlarından istifadə etmək daha məqsədəuyğundur. İnsanlar da  Respublika Seysmoloji Xidmət Mərkəzinin sosial şəbəkələrdəki səhifələrini maraqla izləyirlər. Ona görə də vaxtaşırı biz belə təqdimatlar edirik ki, insanlarımız sosial şəbəkələrdə maariflənidirici məlumatlarla tanış olsunlar. Bundan narahat olmaq lazım deyil. Çünki etdiyimiz təqdimatlar sırf maarifləndirmə məqsədi daşıyır”.