Təzə sitrus meyvələrindən nümunələrin götürülməsinə dair tələblər məlum olub.

Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.

Eyni növlü və tipli (ölçülü) taralara qablaşdırılmış sitrus meyvələri partiyasından nəqliyyat vasitələrinin müxtəlif yerlərindən olmaqla (üst, orta və alt tərəflərdən) bağlama vahidləri götürülür:

 

Partiyada olan bağlama vahidlərinin sayı, ədədləSeçilmiş bağlama vahidlərinin sayı, ədəd
100-ə qədər3
101-5005
501-10007
1000-dən çox7 və hər sonrakı 1000 bağlama vahidi üçün əlavə 2 bağlama vahidi

 

Götürülmüş bütün bağlama vahidlərindəki meyvələr ilkin nümunə hesab edilir və laborator analiz üçün (Əlavə 3-ə uyğun olaraq) yerində nümunə seçilir.