Tehranda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıq olub.
Heftelik.az-ın məlumatına görə, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian “3+3” regional platformasının XİN rəhbərlərinin iclasından sonra mətbuata açıqlamasında bildirib.
İran xarici işlər naziri deyib ki, Tehranda “3+3” formatında keçirilən görüş çərçivəsində Ararat Mirzoyan və Ceyhun Bayramovun iştirakı Azərbaycan və Ermənistanın sülh və dostluq uğrunda əməli addımdır.
Hüseyn Əmir Abdullahian qeyd edib ki, sözügedən görüş çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə söhbət etmək imkanı yaradılıb: “Bu görüş Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizliyin bərqərar olmasına öz töhfəsini verəcək.
“Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Azərbaycan isə Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə zəmanət verir”.