Təhqiqat orqanının ixtisaslaşmış təhqiqat qurumunun rəhbəri öz səlahiyyətləri daxilində təhqiqatçının Cinayət-Prosessual Məcəllə ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirməsinə mane olan hallar (vəfat etməsi, ağır xəstəliyə tutulması və s.) yarandıqda, cinayət işinin digər təhqiqatçının icraatına verilməsi barədə vəsatəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Təhqiqat orqanının ixtisaslaşmış təhqiqat qurumunun rəhbəri eyni zamanda zərər çəkmiş şəxsin, şahidin və cinayət prosesində iştirak edən digər şəxslərin təhlükəsizliyi üçün tədbirlər görülməsi ilə əlaqədar vəsatəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir.