Yastıcaların (koksidlərin) toplanmasına dair tələblər məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.
Yastıcaların (koksidlərin) toplanması aşağıdakı tələblərə uyğun həyata keçirilir:
– Yastıcaların çoxu substrata hərəkətsiz və ya çox az hərəkətli vəziyyətdə yapışdığına görə onları substratla birlikdə toplamaq lazımdır. Bunun üçün iti neştərlə ağacın qabığının, zoğunun, meyvənin qabığının və yarpaqların ən yoluxmuş hissəsi kəsilir. Zəif yoluxma zamanı tək-tək rast gəlinən yastıcaların ən iri nümunələri seçilərək bir neçə kəsik edilir.