Yüklərdən nümunələrin götürülməsi zamanı yük sahibinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.
Partiyanı təşkil edən bütün nəqliyyat vasitələri boşaldıldıqdan sonra onların daxili səthinə baxış keçirilir, töküntü və ovuntular olduğu halda onlardan nümunələr götürülərək ekspertizasının aparılması üçün göndərilir.