Açıq civə ilə iş zamanı sorucu şkafın ventilyasiyası 10-15 dəqiqə əvvəl işə salınmalı, iş qurtardıqdan sonra isə 30 dəqiqə ərzində işləməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Bloklama və avtomatik mühafizə sistemləri qurğularının işə düşməsi üzrə yoxlamalar baş mühəndis tərəfindən təsdiq edilmiş cədvələ uyğun aparılmalı, jurnalda bu barədə qeyd aparılmalıdır.