Azərbaycanda 2028-ci ildən FM analoq radio yayımının mərhələli şəkildə dayandırılacaq.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının ərazisində rəqəmsal radio yayımının tətbiqi və inkişafı üzrə Tədbirlər Planı”nda əksini tapıb.
Ölkə ərazisinin 99.6 faizi DAB+ rəqəmsal radio yayımı ilə əhatə edildikdən, ölkədə istehsal olunan və idxal olunan yeni avtomobillərdəki radioqəbuledicilərin DAB+ standartına uyğun olmasından, satışda kifayət qədər məişətdə istifadə və avtomobillər üçün DAB+ radioqəbuledici qurğuları olduqdan, həmçinin əhali lazımi səviyyədə məlumatlandırıldıqdan sonra FM analoq radio yayımlarının mərhələlərlə dayandırılmasına başlanılacaq.
Tədbirlər Planına əsasən, Azərbaycan Respublikasının Audiovizual Şurası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və audiovizual yayımçılar ilə 2028-ci ildən FM analoq radio yayımlarının mərhələlərlə dayandırılmasına başlanılmasını təmin etməlidir.