Baytarlıq aptekinin ümumi sahəsi 20 m2-dən az olmamalı və baytarlıq preparatlarının və vasitələrinin saxlanması və satıcı üçün şaquli şüşə ilə alıcılardan təcrid olunmuş xidmət (satış) bölmələrinə ayrılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Baytarlıq apteklərinin təşkilinə və fəaliyyətinə dair Tələblər”də əksini tapıb.

Baytarlıq aptekində otaqların və avadanlıqların təmizlənməsi, yuyulması və dezinfeksiyası işlərində istifadə olunan təmizləyici ləvazimatlar, zəruri yuyucu və dezenfeksiyaedici vasitələrin, həmçinin xüsusi geyimlərin və üst geyimlərinin, ayaqqabıların ayrıca saxlanması üçün ayrıca dolab olmalıdır.