İldırımqəbuledicinin yerləbirləşdirici endirmələrlə, həmçinin yerləbirləşdiricilərin bir-biri ilə və yerləbirləşdirici naqillərlə (yerləbirləşdirici endirmələrlə) birləşdirilməsi qaynaqla olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Yerləbirləşdiricinin müqavimətinin qiymətini yoxlamaq üçün yerləbirləşdiriciyə birləşdirilən yerləbirləşdirən naqillərdə “birləşdirici” tipli birləşmələr nəzərdə tutulmalıdır.