İbtidai istintaq apararkən müstəntiq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi, cinayətin tövsifi, ittihamın həcmi, işin icraatına xitam verilməsi və ya məhkəməyə göndərilməsinə dair ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun göstərişi, yaxud qərarı ilə razılaşmadıqda öz əsaslandırılmış etirazını yuxarı prokurora göndərməyə haqlıdır.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Bu halda yuxarı prokuror onun dəlilləri ilə razılaşır və aşağı prokurorun yazılı göstərişlərini ləğv edir və ya onun dəlilləri ilə razılaşmayaraq ibtidai istintaqın aparılmasını digər müstəntiqə tapşırır. Prokurorun yazılı göstərişlərindən edilən etiraz bu göstərişlərin icrasını dayandırmır.