Xəbərdaredici və qəzadan mühafizə sistemlərinin işə düşməsi operator otağında və rayon dispetçer məntəqəsində görməklə (vizual) və səs siqnalizasiyası ilə müşayiət olunmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Partlayış təhlükəli zonalarda istifadə olunan avadanlıqların uyğunluq sertifikatı olmalı və zonanın sinfinə uyğun partlayışdan mühafizəli olmalıdır.