Müsabiqə və müsahibənin nəticələri üzrə namizədin miqrasiya orqanlarına qulluğa qəbul olunması və ya olunmamasının tövsiyə edilməsi barədə iki qərardan biri qəbul edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi Qaydaları”nda əksini tapıb.
Nəticələr müsabiqə ümumilikdə başa çatdıqdan sonra elan olunur və hər namizədə onun xahişi ilə topladığı ballara dair arayış verilir.