Təzə giləmeyvələrdən nümunə götürülməsinə dair tələblər məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.
Təzə giləmeyvələrdən nümunə götürülməsi aşağıdakı tələblərə uyğun həyata keçirilir:
– 100-ə qədər bağlama vahidi olan partiyalardan ən azı 3 bağlama vahidi götürülür;
– 100 bağlama vahidindən çox olan partiyalardan hər sonrakı tam və ya natamam dolu 50 bağlama vahidi üçün əlavə bir bağlama vahidi götürülür;
– Ayrılmış bağlama vahidlərinin hər birinin müxtəlif yerlərindən 300 qrama qədər nöqtəvi nümunələr götürülür;
– Daxili yoluxmanın müəyyənləşdirilməsi üçün ilkin nümunənin müxtəlif yerlərindən götürülmüş çəyirdəkli meyvələrin ən azı 10 %-i kəsilir.