Müğənni Fədayə Laçın Moskvada oğlu Əhləmlə işlətdiyi restoranı bağladığını açıqlayıb.
Heftelik.az-ın məlumatına görə, müğənni bunu “Rəngarəng səhər” verilişinə müsahibəsində bildirib.
Rusiyaya köçüb orada musiqi fəaliyyətini davam etdirən sənətçi restoran biznesi ilə vidalaşdığını söyləyib:
“Rusiyaya təzə gedəndə restoran biznesinə əl qoyduq, amma sonradan gördük ki, bu iş bizlik deyil. Bu restoran işinə Əhləmə görə başladıq ki, o iş adamı olsun. O da şair, incəsənət adamıdır. Dedi ki, “ana məndən iş adamı olmaz”. Sonra da gördük ki, restoran biznesi bizlik deyil və onu bağlamağa qərar verdik”.
F.Laçın restorana görə hətta borca-xərcə düşdüyünü bildirib:
“Bəli, borca düşdük, amma zamanında restoranı bağlamasaydıq, daha çox ziyana düşərdik. Elə ona görə də restoranı bağladıq. 1 milyon rubldan bir az artıq (17800 manat) ziyana düşdük. Ömür boyu mən ziyana düşə-düşə gedirəm”.
Sənətçi təməlli Vətənə geri dönəcəyi ilə bağlı suala belə cavab verib:
“Bax, bunu deyə bilmərəm. Bunu Allah bilir. Gələcək haqqında bir söz deyə bilmirəm. Allah nə zaman qismət edərsə, qayıdaram Bakıya. Amma hələ Moskvadayam”.
Fədayə Moskvada özünə ev almadığını deyib:
“Hələ ev almamışam. Çünki orada hər şey bahadır. Ev almaq heç də asan iş deyil. Amma planlarımda var və məqsəd də odur”.
Sənətçi Azərbaycan şou-biznesi ilə maraqlanmadığını bildirib:
“Heç kimi izləmirəm və heç kimdən xəbərim də yoxdur. Şou-biznesdə baş verən hadisələrdən xəbərim yoxdur. Onlar heç mənə maraqlı da deyil. Kimə lazımdır axı? Heç maraqlı da deyil”.