Müfəttiş partiyadan götürdüyü hər bir nöqtəvi nümunəyə baxıb bir-biri ilə müqayisə etməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.

Müqayisə edilən material həmcins (eyni və ya növ məhsul) olduqda bütün nöqtəvi nümunələr hamar təmiz səthə (işçi stol, müşəmbə, kağız, brezent və s.) səpilir və tərkibində karantin tətbiq edilən zərərli orqanizmlərin (zərərvericilərin, alaq otlarının toxumlarının və s.) olub-olmadığı yoxlanılır.