UEFA Çempionlar Liqasında qrup mərhələsinin III turuna start verilib.
Heftelik.az-ın məlumatına görə, A qrupunda yer alan Türkiyə klubu “Qalatasaray” Almaniya “Bavariya”sını qəbul edib.
Matçda hesabı erkən qolla qonaqlar açıblar. Kinqsli Koman 8-ci dəqiqədə adını tabloya yazdırıb. Yarım saatın tamamında Mauro İkardi penaltini dəqiq yerinə yetirərək, “status-kvo”nu bərpa edib. Buna baxmayaraq, “cim-bom” güclü rəqibindən xal almağı bacarmayıb. Əvvəlcə 73-cü dəqiqədə Harri Keyn yaxın məsafədən toru silkələməkdə çətinlik çəkməyib. 6 dəqiqə sonra isə Camal Musiala qarşılaşmada son nöqtəni qoyub.
3:1 hesablı qalibiyyət sayəsində xallarının sayını 9-a yüksəldən “Bavariya” liderliyini möhkəmlədib. “Qalatasaray” isə 4 xalla ikinci pillədə qalıb.