Canlı güvəşəkilli kəpənəklərin toplanmasına dair tələblər məlum olub.

Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.

Canlı güvəşəkilli kəpənəklərin toplanması aşağıdakı tələblərə uyğun həyata keçirilir:

– Sakit oturan kəpənəkləri toplamaq üsulu – yükün üzərində uçan kəpənək olduqda onun uçuşunu izləmək və əlçatan yerə oturmasını gözləmək lazımdır. Oturan kəpənəkləri aspiratorla yığmaq olmaz. Ehtiyatla və cəld hərəkət edərək kəpənəklərin üstünü kənarları düz və hamar olan geniş sınaq şüşəsi ilə qapamaq lazımdır. Bu zaman, kəpənəklərin bığları, başı və ya qanadları zədələnməməlidir. Üstü örtülmüş kəpənək hərəkətsiz oturmağa davam edirsə, sınaq şüşəsini ehtiyatla sürüşdürməklə onu bir qədər narahat etmək lazımdır ki, hərəkət etsin. Hərəkət edən kəpənək sınaq şüşəsinin dib hissəsinə yaxınlaşan kimi, sınaq şüşəsinin ağzını öncə barmaqla, sonra isə pambıq tıxacla bağlamaq lazımdır. Kəpənəyi dərhal morilkaya yerləşdirmək lazımdır;

– Hər kəpənək üçün ayrıca təmiz quru sınaq şüşəsi olmalıdır. İkinci canlı kəpənəyi eyni sınaq şüşəsinə (birincinin yanına) yerləşdirmək olmaz.