Təhqiqatçının şübhəli şəxsi tutmaq, onu, zərər çəkmiş şəxsi, şahidi dindirmək, ekspertiza təyin etmək, tanınmaya təqdim etmək, baxış, axtarış, götürmə, , şəxsi axtarış, şəxsi müayinə, ifadələrin yerində yoxlanılması, tədqiqat üçün nümunələrin götürülməsi, üzləşdirmə, istintaq eksperimenti kimi təxirəsalınmaz istintaq hərəkətlərini aparmaq hüququ var.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.