Texniki dəstək səviyyəsi proqram təminatının və ya texnoloji avadanlığın tam işlək vəziyyətdə olmasını təmin etmək məqsədilə göstərilən texniki dəstək xidmətinin şərtləri, vaxtları və s. parametrlər üzrə müəyyən edilmiş səviyyəsidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair texniki tələblər”də əksini tapıb.
Texnoloji avadanlıq informasiya prosesləri zamanı istifadə edilən və fəaliyyəti hesablama texnikasına əsaslanan vasitə, texnoloji komponent proqram təminatının və ya texnoloji avadanlığın formalaşdırılması və istismarı üçün zəruri olan və onun ayrılmaz hissəsi hesab olunan elementidir.