Toxumluq kartofdan nümunələrin götürülməsinə dair tələblər məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.
Toxumluq kartofdan nümunələrin götürülməsi aşağıdakı tələblərə uyğun həyata keçirilir:
– Daşınan və qalaq halında saxlanılan toxumluq kartofdan nümunələr şahmat qaydasında ikiqat zərf sxemi üzrə götürülür: 2 qatdan – qalağın üst səthindən və 30-40 sm dərinlikdən;
– Hər nöqtəvi nümunəyə 5-10 kartof yumrusu daxil edilir. Eyni zamanda torpaq nümunələri də götürülür;
– Analiz üçün götürülən nümunələrin miqdarı partiyanın həcmindən asılıdır;
Taralarda olan kartofdan müəyyən miqdar bağlama vahidləri seçilir və onların hər birindən ilkin nöqtəvi nümunə götürülür:
Bağlama vahidlərinin miqdarı, ədədlə | Nöqtəli nümunə, % | Kartof yumruları nümunələrinin miqdarı, ədədlə | Torpaq nümunəsinin kütləsi, qram |
100-qədər | 20 | 60 | 600 |
101- dən 400-ə qədər | 5 | 90 | 900 |
401-dən 1200-ə qədər | 2 | 120 | 1200 |
1200-dən 2000-ə qədər | 1 | 150 | 1500 |