Tarif (vəzifə) maaşına artım əmsalı konkret iş yeri üzrə təyin olunur və işçinin bu iş yerində yalnız faktiki iş vaxtı (növbəsi) olduğu müddət üçün tətbiq edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İş yerlərinin attestasiyasının nəticələrinə əsasən əmək şəraitinin ağır və zərərliyinin qiymətləndirilməsi metodikası”nda əksini tapıb.
Müəssisələr, təşkilatlar bu metodikaya əsasən iş yerlərinin attestasiyasının nəticələrini nəzərə alaraq, əmək şəraitinə görə işçilərə artım əmsalının miqdarmı göstərməklə, onların təyin oluna bilən konkret işlərin və iş yerlərin siyahısını işləyib hazırlayır. Ağır və zərərli, xüsusilə ağır və xüsusilə zərərli əmək şəraitinə görə tarif (vəzifə) maaşların artım əmsalının miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı halda isə əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar İttifaqı təşkilatı arasında razılaşmaqla müəyyən edilir.