Unlu yastıcaların olduğu bitkilərin kəsilmiş hissələrini enli sınaq şüşələrinə həşəratlar şüşəyə toxunmadan yerləşdirmək və əzilmədən labortoriya ekspertizasına cəlb etmək lazımdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.
Yastıcalardan nümunə toplanarkən mümkün ən iri nümunələr götürülməlidir. Yastıcaların olduğu sınaq şüşələri pambıq tıxacla bağlanılır.