ABŞ-ın Suriyada 3 hərbi bazasına zərbə endirilməsi barədə məlumat yayılıb.
Heftelik.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, ABŞ-ın Suriyanın şimalında PKK terror təşkilatının nəzarətindəki ərazidə olan iki hərbi bazasına və İordaniya sərhədi yaxınlığında suriyalı müxaliflərin nəzarətindəki ərazidə yerləşən hərbi bazalarına pilotsuz uçuş aparatları ilə zərbə endirildiyi, çoxlu sayda yaralı olduğu bildirilir.
ABŞ hərbi bazalarına İraq və Suriyadakı şiə silahlı qruplaşmaları tərəfindən zərbə endirildiyi iddia olunur. Bu qruplaşmalar İrana yaxınlığı ilə seçilir.
ABŞ Prezidenti Co Bayden isə iqtisadi məsələlərlə bağlı mətbuat konfransını yarımçıq qoyub, təcili həll etməli bir məsələ olduğunu bildirərək məxfi konfrans zalına keçib.