Yüklərdən nümunələrin götürülməsi məqsədi məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.
Yüklərdən nümunələrin götürülməsi baxış və/və ya ekspertizasının aparılması üçün aşağıdakı məqsədlərlə həyata keçirilir:
– tənzimlənən zərərli orqanizmlərin aşkar edilməsi;
– yükdə tənzimlənən zərərli orqanizmlərin və ya onlarla sirayətlənmiş yük vahidlərinin sayının bu orqanizmlər üçün müəyyən edilmiş yol verilən həddinin aşılmamasının təmin edilməsi;
– fitosanitar risk səviyyəsi müəyyən edilməmiş orqanizmlərin aşkarlanması;
– karantin tətbiq edilən zərərli orqanizmlərin ölkə ərazisinə daxil olması və/və ya yayılması haqqında əlavə məlumatların toplanılması;
– fitosanitar tələblərə uyğunluğun yoxlanılması;
– yükün sirayətlənmə səviyyəsinin müəyyənləşdirilməsi.