Baytarlıq aptekində və anbarda olması zəruri avadanlıqlar və cihazlar açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Baytarlıq apteklərinin təşkilinə və fəaliyyətinə dair Tələblər”də əksini tapıb.

Baytarlıq aptekində və anbarda aşağıdakı avadanlıqlar və cihazlar olmalıdır:

– termolabil preparatların saxlanması üçün soyuducular;

– baytarlıq preparatlarının həcm və çəkisini ölçmək üçün vasitələr (tərəzi, bölgülü silindr, stəkanlar və s.);

– temperatur və rütubət kimi vacib mikroiqlim parametrlərini ölçmək üçün cihazlar (termometr, hiqrometr, psixrometr və s.);

– sanitar-gigiyenik rejim, əməyin mühafizəsi və təhlükəsizliyi, yanğın təhlükəsizliyi və ətraf mühitin mühafizəsini təmin edən digər ləvazimatlar.