Tullantı kəsim məntəqəsində heyvan və quş kəsimindən əvvəl, yaxud sonra toplanan və “Tullantılar haqqında” qanuna uyğun olaraq kənarlaşdırılan, kənarlaşdırma üçün nəzərdə tutulan, kənarlaşdırılmalı olan məhsullardır.
Heftelik.az-ın məlumatına görə, bu, “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda əksini tapıb.
Baytarlıq-sanitariya ekspertizası laboratoriyası diri heyvan və quşların satışı bazarlarında, kəsim məntəqələrində, heyvan mənşəli qida məhsullarının ticarəti aparılan obyektlərdə və yarmarkalarda, həmçinin həmin məhsulların saxlandığı soyuducu və ya dondurucu anbarlarda və istehlak olunduğu ictimai-iaşə obyektlərində baytarlıq-sanitariya ekspertizasını həyata keçirən stasionar, modul və ya səyyar (mobil tipli) laboratoriyadır.