Üzərində çanaqlı yastıcaların, yalançı çanaqlı yastıcaların olduğu bitkilərin kəsilmiş hissələri iki pambıq qatının arasına qoyulur, kağıza bükülür və ya kağız paketlərə, zərflərə və ya qutulara yerləşdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.
Yastıcaları bitkidən bitki hissələri ilə birlikdə kəsib götürmək və yaxud yoluxmuş bitkini bütövlükdə götürmək mümkün olmadıqda, yastıcalar substratsız yığılır.