Komissiya imtahanın keçirildiyi gündən iki il müddətində cavab kartlarının saxlanılmasını təmin edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi Qaydaları”nda əksini tapıb.
Namizədlərin miqrasiya orqanlarında qulluq keçmək üçün zəruri keyfiyyətlərə malik olmasını müəyyən etmək məqsədi ilə imtahandan keçid balı toplamış namizədlərlə komissiya tərəfindən söhbət keçirilir.