Büdcədən maliyyələşən müəssisə, idarə və təşkilatlarda əmək şəraiti ağır və zərərli, xüsusilə ağır və xüsusilə zərərli olan iş yerlərində tarif (vəzifə) maaşlarına artım əmsalı Maliyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri ilə razılaşdırılmış və yuxarı təşkilat (nazirlik, dövlət komitəsi, baş idarə,) tərəfindən təsdiq edilmiş peşə və vəzifələrin Siyahısına əsasən müəyyən edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “İş yerlərinin attestasiyasının nəticələrinə əsasən əmək şəraitinin ağır və zərərliyinin qiymətləndirilməsi metodikası”nda əksini tapıb.