Kəsim məntəqələrinin daxilində zərərvericilərlə mübarizədə müvafiq qurğulardan istifadə olunmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda əksini tapıb.

Kəsim məntəqələrində texniki avadanlıq, alət və ləvazimatlar paslanmayan, korroziyaya və dezinfeksiyaedici kimyəvi maddələrə qarşı davamlı, həmçinin qida məhsulları üçün müvafiq materialdan olmalı, döşəmədən, divarlardan və bir-birindən aralı yerləşdirilməlidir.