Ermənistan İstintaq Komitəsi qondarma rejimin “Təhlükəsizlik Şurasının keçmiş katibi” Vitali Balasanyana qarşı qanunsuz silah saxlama maddəsi ilə cinayət işinin başlandığını elan edib.

Heftelik.a-ın “Armenia Today”ə istinadən verdiyi məlumata görə, İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bildirib ki, Balasanyan “Makarov” tapançasını təhvil verib.

Bu faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 335-ci maddəsinin 1-ci hissəsi (qanunsuz olaraq silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma, göndərmə və ya gəzdirmə) ilə iş açılıb.

Bu maddə ilə azadlıqdan məhrum etmənin maksimum müddəti üç ildir.