Gəncədə körpələrin küçəyə atılmasının bəzi təfərrüatları məlum olub.

Heftelik.az-ln APA-ya istinadən verdiyi məlumata görə, uşaqların qəyyum olan nənə əvvəlcə dörd aylıq körpəni, sonra isə onun qardaşını Gəncə Şəhər İcra Hakimiyyətinin binasının qarşısına qoyub.

Hazırda azyaşlılar uşaq xəstəxanasındadır.

***

Saat 09.21

Gəncə şəhərində bir gündə iki uşaq küçəyə atılıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, uşaqlar bacı və qardaşdırlar.

Uşaqlardan biri 4 aylıq körpə qızdır.

Digəri isə 3 yaşlı oğlan uşağıdır.

Həmin uşaqlar şəhərin mərkəzində tapılaraq Gəncə Şəhər Uşaq Xəstəxanasına gətirilib.